Moskvada taksi sürücülüyü edən erməni iki qardaş güllələnib

Moskvada taksi sürücülüyü edən erməni iki qardaş güllələnib Hadisənin rəqabət zəminində baş verdiyi ehtimal edilir
Region
15 Mart , 2017 19:29
Moskvada taksi sürücülüyü edən erməni iki qardaş güllələnib
courtesy image

Bakı. 15 mart. REPORT.AZ/ Moskvanın Solntsevo rayonunda Ermənistandan olan iki qardaş atışma nəticəsində yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə avtobus dayanacağında baş verib.

Belə ki, onlar “Jiqulu” markalı avtomobillə taksi sürücülüyü edirlər. Ənənəvi sarı rəngli taksidən düşən iki nəfər onlara atəş açaraq, hadisə yerindən qaçıb. Qardaşlardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, hadisə taksi sürücülərinin rəqabət zəminində baş verib. Yerli taksi sürücüləri bu yolla rəqibləri sıradan çıxarırlar. 

Son xəbərlər

Orphus sistemi