Moskvada sürücünün avtobusu dayanacaqda gözləyən insanların üzərinə sürməsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Moskvada sürücünün avtobusu dayanacaqda gözləyən insanların üzərinə sürməsinin təfərrüatı məlum olub - YENİLƏNİB Hadisə ilə bağlı araşdırma aparılır
Region
29 Dekabr , 2017 12:27
Moskvada sürücünün avtobusu dayanacaqda gözləyən insanların üzərinə sürməsinin təfərrüatı məlum olub - YENİLƏNİB
Ria.ru

Bakı. 29 dekabr. REPORT.AZ/ “Moskvanın şimal-qərbində avtobus sürücüsü idarəetməni itirdiyi üçün qəza törədib”. 

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Moskva Şəhər Polis İdarəsinin rəisi Yuri Titov bildirib.

Onun sözlərinə görə, avtobus sürücüsü başqa bir nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün manevr edib və bu zaman idarəetməni itirərək avtobusu dayanacağa sürüb: “Qəza nəticəsində ölən olmayıb, ancaq 3 nəfər yaralanıb. Bu hələlik ilkin məlumatdı”.

Qeyd edək ki, qəzadan sonra polis iki nəfərin öldüyü və bir nəfərin ağır yaralandığını açıqlamışdı.


*** 11:08

Rusiya paytaxtı Moskvada sürücü marşurut avtobusunu dayancaqda gözləyən insanların üzərinə sürüb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu yerli hüquq-mühafizə orqanları bildirib.

Hadisə Moskvanın Sxodnensk küçəsində baş verib. Nəticədə iki nəfər ölüb. Avtobus 37 saylı marşrut üzrə hərəkət edirmiş.  

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 25-də Moskvada sürücünün idarəetməni itirməsi nəticəsində avtobus metro stansiyasının keçidinə girib və orada gözləyən insanları vurub. Nəticədə 5 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi