Moskvada son gündə koronavirusdan 69 nəfər öldü

Moskvada son gündə koronavirusdan 69 nəfər öldü Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 2 470 nəfəri ötüb.
Region
30 May , 2020 23:56
Moskvada son gündə koronavirusdan 69 nəfər öldü

Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 2 470 nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusla Mübarizəyə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, son gün ərzində COVID-19-dan daha 69 nəfər ölüb.

“Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus infeksiyası analizlərinin müsbət nəticə verdiyi 69 pasiyent öldü”, - qərargahda bildiriblər.

Məlumata görə, bununla da paytaxtda COVID-19 qurbanlarının sayı 2 477 nəfərə çatıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi