Moskvada silahla 5 nəfəri yaralayan şəxs daha sonra intihar edib

Moskvada silahla 5 nəfəri yaralayan şəxs daha sonra intihar edib Silahlı şəxsin girov götürdüyü qadın sağ-salamat azad olunub
Region
27 Dekabr , 2016 11:04
Moskvada silahla 5 nəfəri yaralayan şəxs daha sonra intihar edib

Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiya paytaxtı Moskvanın qərbində ov tüfəngi ilə 5 nəfəri yaralayan kişi daha sonra intihar edib. 

“Report” xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Moskva üzrə şöbəsi məlumat yayıb.

Məlumata görə, həmin şəxs 5 nəfəri yaralayandan sonra qonşuluqda yaşayan qadının mənzilində gizlənib və ev sahibini girov götürüb.

Silahlı şəxs daha sonra intihar edib və qadın girovluqdan sağ-salamat azad olunub. 

Rusiya İstintaq Komitəsinin Moskva üzrə bölməsinin nümayəndəsi Yuliya İvanova bildirib ki, hazırda araşdırma aparılır: "Onun Moskvanın Krılatsk rayonunda polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs olduğu güman olunur".

Faktla bağlı cinayət işi başlanıb. 

Son xəbərlər

Orphus sistemi