​Moskvada şəhər nəqliyyatında gediş haqqı qaldırılıb

​Moskvada şəhər nəqliyyatında gediş haqqı qaldırılıb Vahid yol biletinin dəyəri, bir gediş üçün 50 rubl, iki gediş üçün isə 100 rubl olub
Region
1 Fevral , 2015 10:55
​Moskvada şəhər nəqliyyatında gediş haqqı qaldırılıb

Bakı. 1 fevral. REPORT.AZ/ Moskvada ictimai nəqliyyatda gediş haqqı tarifləri fevralın 1-dən etibarən orta hesabla 7 faiz artırılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə paytaxtın Nəqliyyat Departamentinin müdir müavini Alina Bisembayeva məlumat verib.

Xüsusilə də, şəhər nəqliyyatının bütün növlərindən istifadə etməyə imkan verən vahid yol biletinin dəyəri, bir gediş üçün 40 rubldan 50 rubla qədər, iki gediş üçün isə 80 rubldan 100 rubla qədər artıb.

Moskvanın ictimai nəqliyyatında gediş haqlarının tarifləri sonuncu dəfə 1 iyun 2014-cü il tarixində qaldırılıb.

Son xəbərlər

Orphus sistemi