Moskvada saxlanılmış qadın 4 yaşlı uşağı öldürməsinin səbəbini izah edib

Moskvada saxlanılmış qadın 4 yaşlı uşağı öldürməsinin səbəbini izah edib Qadın etdiyi hərəkətləri ərinin xəyanəti ilə əlaqələndirib
Region
29 Fevral , 2016 16:58
Moskvada saxlanılmış qadın 4 yaşlı uşağı öldürməsinin səbəbini izah edib

Bakı. 29 fevral. REPORT.AZ/ Moskvanın şimal-qərbində 4 yaşlı qızın öldürülməsində şübhəli bilinən qadının şəxsiyyəti müəyyən edilib.

"Report" "LifeNews"a istinadən xəbər verir ki, əlində uşaq başı şəhərdə gəzişən qadın Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulovadır. O, etdiyi hərəkətləri ərinin xəyanəti ilə əlaqələndirib.

Telekanalın məlumatına görə, qadın həyat yoldaşının vəfasızlığının dayə kimi işlədiyi ailə ilə necə bağlı olduğunu izah edə bilməyib.

"İnterfaks" isə hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər verib ki, saxlanılan şəxsin psixotrop maddələrin təsiri altında olması ehtimal edilir. Rusiya İstintaq Komitəsindən 1977-ci ildə anadan olan şübhəlinin məhkəmə-psixiatriya müayinəsinə göndərildiyi bildirilib.

Xatırladaq ki, 3-4 yaşlı uşağın başı kəsilmiş meyiti bu gün səhər saatlarında çoxmərtəbəli binada baş vermiş yanğın zamanı aşkarlanmışdı. İstintaqın məlumatına görə, G.Bobokulova valideynlərin böyük uşaqlarıyla mənzili tərk etməsini gözləyib, ardından dayəsi olduğu uşağı öldürüb, mənzili yandırıb və uşağın başını götürərək hadisə yerindən uzaqlaşıb.

Sonradan dayə “Oktyabrskoye pole” metro stansiyası yaxınlığında saxlanılıb. Hicablı qadın uşağın kəsilmiş başını əlində saxlayaraq ətrafdakıları özünü partladacağıyla hədələyib.

Son xəbərlər

Orphus sistemi