Moskvada sarı təhlükə səviyyəsi elan olunub

Moskvada sarı təhlükə səviyyəsi elan olunub Sarı sayılır beş səviyyələrdə mövcud olan təhlükə üçüncü olub
Region
16 İyul , 2017 10:42
Moskvada sarı təhlükə səviyyəsi elan olunub

Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün Moskvada şəhərə doğru irəliləməkdə olan qasırğa və güclü külək səbəbindən sarı təhlükə səviyyəsi elan olunub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin saytında bildirilir.

"Təhlükəli hadisələrin intensivlik dərəcəsi: Sarı - hava potensial təhlükəlidir", - deyə məlumatın mətnində qeyd olunur.

Küləyin sürəti 12-17 m/saata çata bilər. Havanın temperaturu Moskvada 23-25 dərəcə isti təşkil edəcək.

Sarı, mövcud beş təhlükə səviyyəsindən üçüncüsü sayılır. O, həmçinin Yaroslavl, Tver, Tula, Kursk, Ryazan ərazilərində və digər vilayətlərdə tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi