Yuxarı

​Moskvada şair Viktor Hofman qətlə yetirilib

Şair öz şəxsi mənzilində güllələnib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Moskvada Sovet İttifaqı qəhrəmanı, hərbi təyyarəçi və məşhur yazıçı Henrix Hofmanın oğlu, şair Viktor Hofman qətlə yetirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, o, Rusiya paytaxtının mərkəzində yerləşən şəxsi evində güllələnmiş vəziyyətdə aşkar edilib.

"Bu gün axşam Malaya Qruzinskaya küçəsində yerləşən binanın mənzilində V.Hofmanın meyiti aşkar olunub", – deyə ötən gün Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsinin nümayəndəsi Yuliya İvanova bildirib və əlavə edib ki, faktla bağlı "qətl" və "qanunsuz silah dövriyyəsi" maddələri üzrə cinayət işi açılıb.

"İlkin məlumatlara görə, mənzildən V.Hofmanın pul kolleksiyaları və mərhum atasına məxsus mükafatlar yoxa çıxıb", – deyə İvanova bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi