Yuxarı
    Bağlamaq

    Moskvada Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilib

    Sergey Lavrov Edvard Nalbandyanın Yerevana səfərlə bağlı dəvətini qəbul edib

    Bakı. 22 fevral. REPORT.AZ/ Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistanın XİN başçısı Edvard Nalbandyan arasında görüş keçirilib.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq, regional və beynəlxalq məsələlər müzakirə olunub.

    Görüşdən əvvəl XİN başçıları Rusiya və Ermənistan arasında diplomatik əalqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılışında iştirak ediblər.

    Sərginin açılışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarı Edvard Nalbandyanın Yerevana səfəri ilə bağlı dəvətini qəbul etdiyini açıqlayıb.

    "Səfərin tarixi ayrıca dəqiqləşdiriləcək" - S.Lavrov deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi