Moskvada Rusiya Mərkəzi Bankının binasından 11 milyon rubl oğurlanıb

Moskvada Rusiya Mərkəzi Bankının binasından 11 milyon rubl oğurlanıb Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir
Region
30 May , 2017 12:12
Moskvada Rusiya Mərkəzi Bankının binasından 11 milyon rubl oğurlanıb

Bakı. 30 may. REPORT.AZ/ Moskvada naməlum şəxs Rusiya Mərkəzi Bankının binasında 11 milyon rubldan çox vəsait oğurlayıb.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Moskva" agentliyi məlumat yayıb.

Oğru məkana pəncərədən girib. Oğurlanmış pul Mərkəzi Bankda sektor müdirinə məxsus olub.

Faktla bağlı külli miqdarda vəsaitin oğurlanması maddəsi üzrə cinayət işi başladılıb.

Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, cinayətkarın kimliyinin müəyyənləşməsi yolunda addımlar atılır.

Son xəbərlər

Orphus sistemi