Moskvada QDİƏT PA-nın 47-ci Baş Assambleyası öz işinə başlayır

Moskvada QDİƏT PA-nın 47-ci Baş Assambleyası öz işinə başlayır İclasda iştirak etmək üçün QDİƏT PA-nın 10 üzv ölkəsinin milli nümayəndə heyətləri Rusiyanın paytaxtına toplaşıb
Region
28 İyun , 2016 10:54
Moskvada QDİƏT PA-nın 47-ci Baş Assambleyası öz işinə başlayır

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 47-ci Baş Assambleyası öz işinə başlayır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, tədbirdə bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntun iştirakı gözlənilir.

İclasda iştirak etmək üçün QDİƏT PA-nın 10 üzv ölkəsinin (Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Moldova, Rusiya, Rumıniya, Serbiya və Türkiyə) milli nümayəndə heyətləri, eləcə də müşahidəçi qismində Fransanın və doqquz beynəlxalq təşkilatın nümayəndələri Rusiyanın paytaxtına toplaşıb.

Assambleya "Qara Dəniz İqtisadi Əməkdaşlıq regionunda iqtisadi əməkdaşlıq vasitəsilə sülh, sabitlik və rifah" bəyannaməsini qəbul etməyi planlaşdırır.

Assambleyanın son iş günündə, yəni iyunun 30-da Rusiya Dövlət Dumasının spikeri, QDİƏT PA-nın sədri Sergey Narışkin təşkilatda sədrlik postunu Rusiyadan Serbiyaya ötürəcək.

Son xəbərlər

Orphus sistemi