Moskvada qasırğa nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Moskvada qasırğa nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb Onlardan 14-ü xəstəxanaya yerləşdirilib
Region
21 Aprel , 2018 21:30
Moskvada qasırğa nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Bakı. 21 aprel. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində baş vermiş qasırğa nəticəsində, son məlumatlara görə, biri uşaq olmaqla 2 nəfər ölüb, daha 17-si xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə paytaxtın Səhiyyə Departamentinin rəhbərinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Hazırda 17 nəfər xəsarət alıb və müraciət edib, onlardan 14-ü xəstəxanaya yerləşdirilib. Bunların üçü uşaq, 11-i böyükdür", — deyə həmsöhbət qeyd edib.

Son xəbərlər

Orphus sistemi