Moskvada qar yağışı yüzillik rekord müəyyənləşdirib

Moskvada qar yağışı yüzillik rekord müəyyənləşdirib Qarın təmizlənməsi prosesinə hərbçilər də cəlb ediliblər
Region
5 Fevral , 2018 11:54
Moskvada qar yağışı yüzillik rekord müəyyənləşdirib
RIA

Bakı. 5 fevral. REPORT.AZ/ Həftəsonu Rusiya paytaxtı Moskvaya son yüz il ərzində ən yüksək miqdarda qar yağıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moskva merinin müavini Pyotr Biryukov bildirib.

Məlumata görə, əlverişsiz hava şəraitinə görə, bir nəfər ölüb, yaralananlar var.

Moskvada və paytaxt ətrafında qarın təmizlənməsi üçün hərbçilər cəlb ediliblər. Şəhər rəhbərliyi insanları avtomobillərlə səyahət etməkdən çəkinməyə çağırıb, məktəbə getmək isə azad seçimdir.

Sinoptiklərin proqnozlarına görə, Moskvada qar yağışı bu gün zəifləyəcək.

Qeyd edək ki, fevralın 3-4-də Rusiya paytaxtına güclü qar və buz yağışı yağıb.

Son xəbərlər

Orphus sistemi