​Moskvada qafqazlılar arasında atışma baş verib

​Moskvada qafqazlılar arasında atışma baş verib İnsident nəticəsində bir nəfər ölüb
Region
1 Mart , 2015 16:02
​Moskvada qafqazlılar arasında atışma baş verib

Bakı. 1 mart. REPORT.AZ/ Moskvanın şərqindəki restoranlardan biri qarşısında Qafqaz respublikalarından olan iki qrup arasında silahlı insident baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"Ötən gün gecə saatlarında "02" xidmətinə Sirenevıy bulvar, 25 ünvanında yerləşən "Li-Lu" restoranı yaxınlığında, atəş səslərinin eşidildiyi barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, restoranda zahirən qafqazlıları xatırladan təqribən səkkiz nəfərdən ibarət iki qrup arasında mübahisə düşüb", — deyə mənbə bildirib.

Atışma nəticəsində 22 yaşlı əsgər ölüb, onun Çeçenistandan olan 24 yaşlı dostu isə yaralanıb.

Cinayətkarlar qara rəngli avtomobil ilə hadisə yerindən uzaqlaşıblar.

Son xəbərlər

Orphus sistemi