Yuxarı

Moskvada prokuror intihar edib

O, özünü 12-ci mərtəbənin eyvanından aşağı atıb

Bakı. 1 aprel. REPORT.AZ/ Moskvada Perovski rayonlararası prokurorunun müavini intihar edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, 35 yaşlı kişinin cəsədi martın 31-də 2-ci Vladimir küçəsində 52 saylı binanın yaxınlığında tapılıb. Şahidlərin sözlərinə görə, o, binanın girişində bir neçə siqaret çəkib, 12-ci mərtəbəyə qalxaraq eyvandan özünü atıb.

Hadisənin səbəbləri və başvermə şəraiti müəyyənləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi