Yuxarı

​Moskvada pis hava şəraiti səbəbindən 45 aviareys gecikib, 18 reys ləğv olunub

Domodedovoda 14, Şeremetyevoda isə 4 reys ləğv edilib

Bakı. 19 iyul. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvanın Domodedovo və Şeremetyevo hava limanlarında 45 aviareys gecikib, 18 reys ləğv olunub.

"Report" xəbər verir ki, bu barədə informasiya "Yandeks.Cədvəl" portalında yerləşdirilib.

Hazırda Domodedovoda 35, Şeremetyevoda 10 reys gecikir, eyni zamanda təqribən 20 reys ləğv edilib. Domodedovoda 14, Şeremetyevoda 4 reys ləğv edilib. Vnukovo aeroportunda reyslərin gecikməsi və ləğv edilməsi qeydə alınmayıb. İstiqamətlər arasında Azərbaycanın hər hansı bir şəhərinin adı yoxdur.

Bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi güclü küləklə müşayiət olunacaq tufan haqqında təcili xəbərdarlığının müddətini 19 iyul 15:00-dək uzadıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi