Yuxarı

Moskvada Özbəkistan və Ermənistandan olan mühacir fəhlələr arasında dava düşüb

Moskvada Özbəkistan və Ermənistandan olan mühacir fəhlələr arasında dava düşüb
Nəticədə yaralanan 6 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. 2 avqust. REPORT.AZ/ Moskvada Özbəkistan və Ermənistandan olan iki tikinti briqadasının 40-a yaxın mühacir fəhləsi arasında dava düşüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər baş idarəsi məlumat yayıb.

Xəbərdə bildirilib ki, gürz, bel, çəkic, armaturla silahlanan iki qrup arasındakı dava nəticəsində yaralanan 6 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə Moskvada “Bunin çəmənliyi” yaşayış tikinti kompleksində Kommunarkada baş verib.

Qarşıdurma tərəflərdən birinin damdan zibil atması nəticəsində başlayıb. 

Faktla bağlı cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi