Moskvada metroda naməlum kişinin girov götürdüyü qadın azad olunub

Moskvada metroda naməlum kişinin girov götürdüyü qadın azad olunub Moskva metrosunun “Avtozavodskaya” stansiyasında naməlum kişi metropolitenin qadın əməkdaşını girov götürüb.
Region
16 Aprel , 2019 11:35
Moskvada metroda naməlum kişinin girov götürdüyü qadın azad olunub
Ria
0 : 00
0 : 00

Moskva metrosunun “Avtozavodskaya” stansiyasında naməlum kişi metropolitenin qadın əməkdaşını girov götürüb.

“Report” xəbər verir ki, bu barədə “Pyatıy kanal” məlumat yayıb.

Bildirilib ki, kimliyi məlum olmayan həmin şəxs əlində çəkicə oxşar alətlə metronun tunelinə soxulamağa cəhd göstərib. Bunun baş tutmadığını görən həmin şəxs metronun əməkdaşını girov götürüb.

İlkin məlumata görə, o, metropolitenin rəhbərliyi görüş tələb edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Görülən əməliyyat tədbiri nəticəsində naməlum kişi tutulub, girov isə azadlığa buraxılıb.

Hadisə ilə bağlıaraşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi