Moskva metrosunda "Quran"ı yandırdığına görə 12 neonasist mühakimə edilib

Moskva metrosunda "Quran"ı yandırdığına görə 12 neonasist mühakimə edilib Mühakimə olunanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır
Region
18 İyul , 2016 17:17
Moskva metrosunda Quranı yandırdığına görə 12 neonasist mühakimə edilib

Bakı. 18 iyul. REPORT.AZ/ Moskva Şerbinski məhkəməsi paytaxt metrosunda "Qurani-Kərim" kitabını yandırdığına görə 12 neonasisti mühakimə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, onlara 5 il şərti cəzadən 10 il həbsxana cəzasına qədər iş kəsilib. Bu barədə məhkəmənin mətbuat katibi Svetlana Bextina məlumat verib.

Məhkəmənin hökmünə əsasən, ən böyük cəza millətçilərinin cinayətkar qruplaşmasının lideri, Tver vilayətinin sakini Aleksandr Sokolova verilib. Maraqlıdır ki, mühakimə olunanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır. Onlara isə 4 il yarım və 5 il müddətinə islah müəssisələrində cəza çəkmə hökmü oxunub. 

Son xəbərlər

Orphus sistemi