Moskvada metro keçidində partlayış olub, yaralananlar var

Moskvada metro keçidində partlayış olub, yaralananlar var Yaralılardan birinin vəziyyəti ağırdır
Region
22 Dekabr , 2016 10:58
Moskvada metro keçidində partlayış olub, yaralananlar var

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiya paytaxtı Moskva şəhərinin cənubunda yerləşən “Kolomensk” metro stansiyasının keçidində partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moskvanın təcili xidmətlərindən bildiriblər. 

Məlumata görə, partlayış Andropov prospektindəki “Kolomensk” metrosunun yeraltı keçidində baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. 

Şahidlərin dediyinə görə, partlayış nəticəsində 5 kv.m. sahədə yanğın olub. Məlumata görə, yanğın söndürülüb.

Polis hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi