Yuxarı

​Moskvada məşhur siyasətçi Boris Nemtsov güllələnib

Naməlum şəxs ona dörd dəfə atəş açıb

Bakı. 28 fevral. REPORT.AZ/ Axşam saatlarında Moskvada məşhur siyasətçi Boris Nemtsov güllələnərək qətlə yetirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, paytaxtda "Ələ keçirmə" planı elan olunub.

"Naməlum şəxs Boris Nemtsova dörd dəfə atəş açdı. Siyasətçi aldığı güllə yaralarından keçindi", - deyə mənbə "İnterfax"a bildirib.

Qeyd olunur ki, canilər Nemtsova "Bolşoy Zamoskvoretski most" ərazisində atəş açıblar, ardınca isə ağ maşınla oradan uzaqlaşıblar.

"Hadisə yerinə Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi Anatoli Yakunin gəlib. Daxili işlər naziri Vladimir Kolokoltsev baş verənlər barədə məlumatlandırılıb", - deyə polis nümayəndəsi TASS-a bildirib.

Müxalifətçi fəal İlya Yaşin Nemtsovun ölüm xəbərini təsdiq edib.

Nemtsov martın 1-də keçirilməli olan "Vesna" anti-böhran marşının təşkilatçılarından biri idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi