Moskvada məscid imamı terror fəaliyyətində şübhəli bilinərək saxlanılıb

Moskvada məscid imamı terror fəaliyyətində şübhəli bilinərək saxlanılıb Axtarışlar zamanı dini ədəbiyyat aşkarlanaraq götürülüb
Region
12 İyul , 2016 16:35
Moskvada məscid imamı terror fəaliyyətində şübhəli bilinərək saxlanılıb

Bakı. 12 iyul. REPORT.AZ/ Moskvanın şimal-şərqində yerləşən "Yardam" məscidinin imamı Mahmud Velitov terror fəaliyyətində şübhəli bilinərək saxlanılıb. 

"Report" İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib.

M.Velitova RF Cinayət məcəlləsinin 205.2-ci (terror fəaliyyətinin həyata keçirilməsi üçün ictimai çağırışlar və ya terrorizmə ictimai şəkildə haqq qazandırma) maddəsi ilə ittiham irəli sürüləcək. Bu halda onu iki ildən beş ilə qədər həbs cəzası gözləyir. 

Rusiya KİV-inin məlumatına görə, M.Velitovun yaşadığı yer, "Yardam" məscidi də daxil olmaqla, bir neçə ünvanda axtarışlar aparılıb. Axtarışlar zamanı dini ədəbiyyat, elektron informasiya daşıyıcıları, maliyyə sənədləri aşkarlanaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi