Moskvada məhkəmə Telman İsmayılovun iki mənzilinə həbs qoyub

Moskvada məhkəmə Telman İsmayılovun iki mənzilinə həbs qoyub Ümumi sahəsi 292 kvadratmetr olan daşınmaz əmlak Telman İsmayılovun Fransada anadan olan nəvəsinin adına qeydiyyata salınıb
Region
30 İyun , 2017 18:20
Moskvada məhkəmə Telman İsmayılovun iki mənzilinə həbs qoyub

Bakı. 30 iyun. REPORT.AZ/ Moskva vilayətinin Arbitraj Məhkəməsi AST qrupunun təsisçisi biznesmen Telman İsmayılova məxsus Moskvaətrafı üç torpaq sahəsi və iki yaşayış evi ilə bağlanmış müqavilələrin qadağan olunmasından imtina edib, amma onun Kutuzov prospektindəki beşotaqlı və altıotaqlı mənzillərinə həbs qoyub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, məhkəmə materiallarından ümumi sahəsi 292 kvadratmetr olan daşınmaz əmlakın Telman İsmayılovun 2005-ci ildə Fransada anadan olan və onun adını daşıyan nəvəsinin adına qeydiyyata salındığı məlum olur. Məhkəmə Rusiya reyestr idarəsinə bu mənzillərlə bağlı hansısa əqd bağlanmasına, mülkiyyətçiyə isə əmlakın özgəninkiləşdirməsi ilə bağlı istənilən addım atmasına qadağa qoyub.

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin mart ayında T.İsmayılovu müflis elan edib və onun əmlakının satışa çıxarılması prosedurunu başladıb.

Son xəbərlər

Orphus sistemi