Moskvada MDB ölkələrinin Penitensiar xidmət rəhbərləri Şurasının ilk iclası keçirilib

Moskvada MDB ölkələrinin Penitensiar xidmət rəhbərləri Şurasının ilk iclası keçirilib Şuranın növbəti iclası 2017-ci ildə Moskvada təşkil olunacaq
Region
9 İyun , 2016 18:33
Moskvada MDB ölkələrinin Penitensiar xidmət rəhbərləri Şurasının ilk iclası keçirilib

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri Penitensiar xidmət rəhbərləri Şurasının təşkilati iclası keçirilib.

"Report" MDB-nin İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, iclasda Şuranın yaradılması haqqında müqaviləni imzalayan və ratifikasiya edən MDB ölkələrinin səlahiyyətli orqanlarının nümayəndə heyətləri iştirak edib. 

İclası İcraiyyə komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebdev açaraq, iştirakçıları  salamlayıb. 

İclasda həmçinin Rusiya Federasiyası Cəzaların İcrası Federal xidmətinin direktoru Gennadi Korniyenko çıxış edib. O, yekdilliklə Şüranın sədri seçilib.

İclasda həmçinin Şuranın həmsədri və Katibliyi seçilib, onun işinin Reqlamenti müzakirə və təsdiq olunub. 

Şuranın növbəti iclası 2017-ci ildə Moskvada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi