Moskvada MDB ölkələrinin müdafiə nazirləri Şurasının iclası keçiriləcək

Moskvada MDB ölkələrinin müdafiə nazirləri Şurasının iclası keçiriləcək İclasda 2020-ci ilədək Hərbi Əməkdaşlıq Konsepsiyasının reallaşdırılması müzakirə olunacaq
Region
14 İyun , 2016 14:21
Moskvada MDB ölkələrinin müdafiə nazirləri Şurasının iclası keçiriləcək

Bakı. 14 iyun. REPORT.AZ/ Moskvada iyunun 15-də Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirləri Şurasının iclası keçiriləcək.

"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, Şuranın işində İcraiyyə Komitəsinin sədri - MDB-nin icra katibi Sergey Lebedev iştirak edəcək.

İclasda 2020-ci ilədək Hərbi Əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, MDB ölkələrinin hava-kosmik müdafiə konsepsiyası layihəsinin hazırlanması, 2016-cı ildə Ordu Beynəlxalq Oyunlarının hazrlığı və keçirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.

Həmçinin, iclasda maliyyə və kadr məsələləri üzrə bir sıra qərar qəbul olunacaq. 

Son xəbərlər

Orphus sistemi