Moskvada “Kosmos” mehmanxanasında yanğın olub

Moskvada “Kosmos” mehmanxanasında yanğın olub Binanın içini bürüyən qatı tüstü hələ də çəkilməyib
Region
12 Fevral , 2018 15:32
Moskvada “Kosmos” mehmanxanasında yanğın olub

Bakı. 12 fevral. REPORT.AZ/ Rusiya paytaxtı Moskvanın şimal-şərqində yerləşən “Kosmos” mehmanxanasında yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Yanğın binanın 15-ci mərtəbəsində baş verib. Hadisə yerinə 15 yanğınsöndürmə qrupu cəlb edilib.

Mehmanxanada olan 230 nəfər təxliyyə olunub.

Məlumata görə, yanğının qarşısı alınıb. Amma binanın içini bürüyən qatı tüstü hələ də çəkilməyib. 

Son xəbərlər

Orphus sistemi