Yuxarı

​Moskvada konservatoriya binasının bir hissəsi uçub, fəhlə ölüb

O, dağıntılar altında qalıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün gecə saatlarında Moskvada Çaykovski adına konservatoriya binasının bir hissəsi uçub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Məlumata görə, Sredni Kislovodski döngəsi, ev 4-dəki kərpic hörgünün bir hissəsi uçub. Bu ünvanda konservatoriya yerləşir. Onun binası hazırda yenidən qurulur.

Hadisə nəticəsində dağıntılar altında qalan fəhlə dünyasını dəyişib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi