​Moskvada keçiriləcək hərbi parada ötənilkindən 4 dəfə az vəsait xərclənəcək

​Moskvada keçiriləcək hərbi parada ötənilkindən 4 dəfə az vəsait xərclənəcək Qələbənin 70-ci ildönümünə həsr olunan hərbi parad və konsertə 810 milyon rubl xərclənmişdi
Region
6 May , 2016 20:17
​Moskvada keçiriləcək hərbi parada ötənilkindən 4 dəfə az vəsait xərclənəcək

Bakı. 6 may. REPORT.AZ/ Moskvada "Qırmızı meydan"da keçiriləcək qələbənin 71-ci ildönümünə həsr olunan parada 210 milyon rubl (builki kursla 4 milyon 788 min manat, yaxud 3 milyon 170 min 861 dollar) xərclənəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu haqda RBK məlumat yayıb.

Məlumata görə, bu il aprelin sonunda parad üçün 210 milyon rubl məbləğində tender keçirilib. İnformasiyada bildirilib ki, bu məbləğə qənaətin ediləcəyi ehtimalı azdır. Çünki artıq tədbirlərlə bağlı bütün müsabiqələr başa çatıb.

Xəbərə əsasən, qələbənin 70-ci ildönümünə həsr olunan hərbi parad və konsertə 810 milyon rubl (builki kursla 18 milyon 468 min manat, yaxud 12 milyon 230 min 464 min dollar) xərclənib.

Son xəbərlər

Orphus sistemi