Mıtişa İstilik Elektrik Mərkəzində yanğının səbəbi məlum olub - YENİLƏNİB-2

Mıtişa İstilik Elektrik Mərkəzində yanğının səbəbi məlum olub - YENİLƏNİB-2 Mıtişa İstilik Elektrik Mərkəzində yanğının səbəbi məlum olub.
Region
11 İyul , 2019 15:38
Mıtişa İstilik Elektrik Mərkəzində yanğının səbəbi məlum olub - YENİLƏNİB-2

Mıtişa İstilik Elektrik Mərkəzində yanğının səbəbi məlum olub.  

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Rusiya fövqəladə hallar nazirinin müavini hadisənin qaz kəmərində sızma nəticəsində meydana gəldiyini açıqlayıb. 

“İnterfax”ın məlumatına görə, yanğın nəticəsində 1 qadın ölüb, 13 nəfər yaralanıb. 


*** 13:33

Mıtişa İstilik Elektrik Mərkəzindəki yanğın nəticəsində 7 nəfər xəsarət alıb. 

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


*** 13:06

Moskva vilayətində yerləşən Mıtişa rayonunda “Severnaya” İstilik Elektrik Mərkəzində yanğın baş verib.

“Report” xəbər verir ki, məlumatı “Gazeta” yayıb.

Şahidlərin sözlərinə görə, partlayış səsləri də eşidilib.

Bildirilib ki, “Severnaya” İstilik Elektrik Stansiyasında yanğın olub. Bu stansiya Moskva vilayəti Mıtişa şəhər dairəsinin Çelobitevo kəndində yerləşir. Onun yaxınlığında “İyun” ticarət mərkəzi də var.

Hadisənin başvermə səbəbləri araşdırılır.  

Son xəbərlər

Orphus sistemi