Yuxarı

Moskvada ildırım və güclü külək nəticəsində 7 nəfər xəsarət alıb

Pis hava şəraitinə görə, 300-dən çox ağac aşıb, 20-dən çox avtomobilə ziyan dəyib

Bakı. 14 iyul. REPORT.AZ/ İyulun 14-nə keçən gecə Moskva şəhəri və vilayətində müşahidə edilən ildırım və güclü külək nəticəsində azı yeddi nəfər xəsarət alıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, onlar ildırım vurmasından və ağacların qırılıb yerə aşmasından zərər çəkib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, pis hava şəraiti səbəbilə 300-dən çox ağac aşıb, 20-dən çox avtomobilə ziyan dəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi