Yuxarı

​Moskvada erməni aktyorun avtomobili atəşə tutulub

Polis faktla bağlı təhqiqat aparmaqdan imtina edib

Bakı. 12 mart. REPORT.AZ/ Moskvada Şabolovka küçəsində yerləşən dayanacaqda tanınmış erməni aktyor Georgi Martirosyanın avtomobili atəşə tutulub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, snayperdən açılan atəş nəticəsində ümumilikdə səkkiz maşın zərər çəkib.

Erməni aktyora təqribən 100 min rubl məbləğində maddi ziyan dəyib.

Maraqlıdır ki, polis faktla bağlı təhqiqat aparmaqdan imtina edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi