Yuxarı

Moskvada dünən bu əsrin ən soyuq gecəsi olub

Daha əvvəl Rusiya FHN həftə sonu Moskvada havanın temperaturunun -35 dərəcəyə qədər azalacağı ilə bağlı xəbərdarlıq edib

Bakı. 7 yanvar. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada dünənki gecə bu əsrdə ən soyuq olub.

"Report" xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzindən paytaxtda havanın tempraturunun -29,8 dərəcəyə qədər aşağı düşdüyünü bildiriblər.

Bu qışın əvvəlki rekordu 1 gün əvvəl qeydə alınıb: Moskvada havanın tempraturu -27,2 dərəcəyə düşüb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi daha əvvəldən həftə sonu Moskvada havanın temperaturunun -35 dərəcəyə qədər azalacağı ilə bağlı xəbərdarlıq edib və şəhər sakinlərini ehtiyac olmadan evlərini tərk etməməyə, sürücüləri isə xüsusi diqqətli olmağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi