Yuxarı

Moskvada daha bir məscid tikiləcək

Hazırda şəhərdə 4 məscid var və daha iki məscid isə ərəb dövlətləri səfirliklərinin ərazisində fəaliyyət göstərir

Bakı. 3 oktyabr. REPORT.AZ/ Moskvada 5-ci məscidin tikintisi planlaşdırılır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müsəlman Ruhaniləri İdarəsi və Rusiya Federasiyası Müftilər Şurası sədrinin müavini Ruşan Abbyasov bildirib.

Onun sözlərinə görə, Moskva hökuməti ilə məscidin tikiləcəyi yer və inşaatla bağlı texniki məsələlər həllini tapmaq üzrədir.

R.Abbyasov bildirib ki, hazırda Moskvada 4 məscid var və daha 2 məscid isə ərəb dövlətləri səfirliklərinin ərazisində fəaliyyət göstərir: "Məscidlərin tikintisi Rusiyanın bütün bölgələri üçün aktual məsələdir. 1918-ci ilədək Rusiyada İslam dininə aid 15 min ibadət yeri var idi. 1991-ci ildə isə onların sayının 100-dən az olduğu qeydə alınıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi