Moskvada insanları girov götürən erməni 12 il azadlıqdan məhrum edilib

Moskvada insanları girov götürən erməni 12 il azadlıqdan məhrum edilib Ötən ilin avqust ayında Petrosyan Moskvanın mərkəzində bank şöbəsində 4 nəfəri girov götürərək bankı partladacağı ilə hədə-qorxu gəlib
Region
7 Sentyabr , 2017 14:06
Moskvada insanları girov götürən erməni 12 il azadlıqdan məhrum edilib
РИА Новости / Антон Денисов

Bakı. 7 sentyabr. REPORT.AZ/ Moskva Dairə Hərbi Məhkəməsi erməni iş adamı Aram Petrosyanı 2016-cı ilin yayında Moskvanın mərkəzində bankda insanları girov götürdüyünə görə 12 il müddətinə azadlıqdan məhrum edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, işi aparan hakim A.Petrosyanın cəzasını ağır rejimli həbsxanada çəkməsinə dair qərar çıxarıb.

Zərərçəkənlərdən birinin 50 min rubl məbləğində mülki iddiası da tam ölçüdə məhkəmə tərəfindən qəbul olunub.

Qeyd edək ki, A.Petrosyan ötən ilin avqustunda Moskvanın mərkəzində bank şöbəsində 4 nəfəri girov götürərək bankı partladacağı ilə hədə-qorxu gəlib. O, sonra girovları bir-bir azad edib və hüquq-mühafizə orqanlarına təslim olub. Onun bomba kimi qələmə verdiyi əşya isə mulyaj olub. 

Son xəbərlər

Orphus sistemi