Yuxarı
    Bağlamaq

    Moskvada antiterror əməliyyatı keçirilib, keçmiş SSRİ respublikalarının 20 vətəndaşı tutulub

    Saxlanılanlar mütəşəkkil cinayətkar qruplaşmanın üzvləridir

    Bakı. 7 dekabr. REPORT.AZ/ Moskva və ətraf bölgələrdə yerli güc strukturları əməkdaşlarının keçirdiyi antiterror əməliyyatı nəticəsində 20 şübhəli saxlanılıb.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar ekstremist fəaliyyət göstərməkdə şübhəli bilinirlər.

    Saxlanılanlar mütəşəkkil cinayət qruplaşmasının üzvləridir. Onların əksəriyyəti keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.

    Qeyd edək ki, bu il noyabrın əvvəlində Moskvada keçirilən antiterror əməliyyatı nəticəsində Rusiya paytaxtı və İnquşetiyada terror törətməyə cəhddə şübhəli bilinən İŞİD qruplaşmasının üzvləri tutulmuşdu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi