Yuxarı

"​Moskvada Ankara günləri" keçiriləcək

Bu il Ankara ilə Moskva arasında münasibətlərin qurulmasının 50 ili tamam olur

Bakı. 15 aprel. REPORT.AZ/ 2016-cı ildə Türkiyənin paytaxtı Ankara şəhərində "Moskva günləri" keçiriləcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskva hökumətinin başçısı Sergey Sobyanin Ankara valisi Melih Gökçek ilə görüşdə bildirib.

Məlumata görə, S.Sobyanin üçgünlüyə Türkiyəyə səfərə gedib. 2015-ci ildə Ankara ilə Moskva arasında münasibətlərin yaranmasının 50 ili tamam olur.

"Bir müddət öncə əldə edilmiş razılaşma çərçivəsində bu il "Moskvada Ankara günləri" tədbiri keçiriləcək. Ümid edirəm ki, 2016-cı ildə də cavab olaraq "Ankarada Moskva günləri" gerçəkləşdiriləcək",- S.Sobyanin vurğulayıb.

Danışıqlardan sonra hər iki vali Türkiyə-Rusiya diplomatik münasibətlərinin yaranmasının 95-ci ildönümünə həsr edilən foto-sərginin açılışında iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi