Moskvada anbarda baş verən yanğın zamanı ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB

Moskvada anbarda baş verən yanğın zamanı ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB Hadisə yerindən çıxarılmış bir nəfərin həyatını xilas etmək mümkün olmayıb
Region
27 Avqust , 2016 12:34
Moskvada anbarda baş verən yanğın zamanı ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 27 avqust. REPORT.AZ/ Moskvanın şimal-şərqində anbarda baş vermiş yanğında ölənlərin sayı 17 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib.

"Yanğında xəsarət alanlar Sklifosovski İnstitutuna və 36 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər əllərindən gələni edir. Təəssüf ki, hadisə yerindən çıxarılmış bir nəfərin həyatını xilas etmək mümkün olmayıb", - deyə mer "Twitter" səhifəsində yazıb.

***11:59

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsi paytaxtın şimal-şərqində yerləşən anbarda baş vermiş yanğın nəticəsində 16 nəfərin həlak olması ilə bağlı məlumatı təsdiqləyib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Yanğının söndürülməsi zamanı xilasedicilər alovun tam ağuşuna aldığı və içərisinə girməyin mümkünsüz olduğu məkan görüblər. Nəticədə divarı sökərək həmin yerə daxil olan xilasedicilər içəridə 16 nəfərin cəsədini aşkar ediblər", - FHN-in mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin hadisə ilə bağlı "Twitter" səhifəsində şərh verib.

"Paytaxtın sənaye bölgəsində Altufyevskoe keçəsində yanğın baş verib. Təəssüf ki, çox sayda itki var. Hüquq-mühafizə orqanları ilə birgə başverənləri araşdıracağıq."- mer yazıb.

Son xəbərlər

Orphus sistemi