​Moskvada 55 il əvvəlki temperatur rekordu təkrarlanıb

​Moskvada 55 il əvvəlki temperatur rekordu təkrarlanıb Sinoptiklər havanın 31 yanvar tarixi üçün yeni rekord müəyyən edəcəyini proqnozlaşdırırlar
Region
31 Yanvar , 2016 09:26
​Moskvada 55 il əvvəlki temperatur rekordu təkrarlanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Moskvada hava 1961-ci ildə qeydə alınan temperatur rekordunu təkrarlayıb. Şəhərdə hava bazar günü müsbət 2,7 dərəcəyədək istiləşib.

"Report" xəbər verir ki, bu barədə Rusiya paytaxtının Meteorologiya Bürosunun məlumatında bildirilir.

"Paytaxtın əsas meteostansiyasında bu gün gecə yarı müsbət 2,7 dərəcə temperatur qeydə alınıb. Eyni zamanda 55 il əvvəl 31 yanvar tarixi üçün müəyyən edilən temperatur rekordu təkrarlanıb", -deyə bürodan bildirilib.

Sinoptiklər bu göstəricinin bazar günü dəyişəcəyini və 31 yanvar tarixi üçün yeni rekord müəyyən edəcəyini proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi