Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu başlayıb

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu başlayıb Moskvada Radisson Collection hotelində 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb.
Region
22 Noyabr , 2019 11:00
Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu başlayıb

Moskvada "Radisson Collection" hotelində 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, tədbir Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Roskonqress Fondu tərəfindən təşkil olunur.

Tədbirdə Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər.

Nümayəndə heyətinin üzvləri "Sənaye sahəsində əməkdaşlıq", "Kənd təsərrüfatında qarşılıqlı əməkdaşlığın perspektivləri", "Turizm sahəsində əməkdaşlığın inkişafı", "Humanitar sahədə əməkdaşlıq" kimi mövzularına həsr olunmuş "dəyirmi masa"lar çərçivəsində işlərini davam etdirəcəklər.

Forum iki gün davam edəcək.

Sonuncu gündə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində kompleks bərpa işlərindən sonra "Azərbaycan" pavilyonunun açılacağı planlaşdırılır.

Təntənəli mərasim Foruma qatılan ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə keçiriləcək.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi