Moskva vilayətində kinoteatrın çökməsi nəticəsində yeddi nəfər xəsarət alıb

Moskva vilayətində kinoteatrın çökməsi nəticəsində yeddi nəfər xəsarət alıb Onlardan beşi Balaşixi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib
Region
8 Sentyabr , 2017 15:41
Moskva vilayətində kinoteatrın çökməsi nəticəsində yeddi nəfər xəsarət alıb
МЧС России

Moskva. 8 sentyabr. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin Balaşixi rayonunda keçmiş kinoteatrın divarlarının bazar cərgəsinə tərəf çökməsi nəticəsində beş nəfər xəstəxanaya çatdırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, arasında uşaq da olmaqla 7 nəfər xəsarət alıb və onlardan beşi Balaşixi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Digər iki zərərçəkənə ambulator tibbi yardım edilib.

Çökmənin ümumi sahəsi təxminən 50 kvadratmetrdir. 

Hadisə yerində xilasedicilər işləyir.

Son xəbərlər

Orphus sistemi