​Moskva: Rusiyanın dövlət məmurları Kuril adalarına səfərlərini davam etdirəcəklər

​Moskva: Rusiyanın dövlət məmurları Kuril adalarına səfərlərini davam etdirəcəklər "Biz Yaponiya ilə dostluq etmək istəyirik”
Region
22 Avqust , 2015 19:45
​Moskva: Rusiyanın dövlət məmurları Kuril adalarına səfərlərini davam etdirəcəklər

Bakı. 22 Avqust. REPORT.AZ/ “Rusiya Yaponiya ilə dostluq etmək istəyir, lakin rusiyalı dövlət məmurları əvvəl olduğu kimi, bundan sonra da Kuril adalarına səfərlərini davam etdirəcəklər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

"Biz Yaponiyaya qarşı yaxşı münasibətdəyik, lakin bu, Rusiyanın bir hissəsi olan və Saxalin vilayəti adı altında Rusiya Federasiyasının subyektinə daxil olan Kuril adaları ilə heç bir halda əlaqəli olmamalıdır. Ona görə biz Kurilə getmişik və bundan sonra da gedəcəyik", - deyə Medvedev əlavə edib.

Rusiyanın hökumət başçısı ölkəsinin mövqeyinin sadə olduğunu xüsusi olaraq qeyd edib:

"Biz Yaponiya ilə dostluq etmək istəyirik, Yaponiya bizim qonşumuzdur".

Son xəbərlər

Orphus sistemi