Yuxarı

Moskva metrosunun altı stansiyası yanğın səbəbiylə müvəqqəti bağlanıb

Vıxino yerüstü stansiyasında baş verən yanğın nəticəsində təxminən 100 kvadrat metr ərazi yanıb

Bakı. 8 iyul. REPORT.AZ/ Moskva metrosunun Taqansko-Krasnopresnenskaya xəttində (bənövşəyi xətt) texniki problemlər səbəbiylə qatarların "Kotelniki" stansiyasından "Kuzminki" stansiyasına hərəkəti dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə Moskva metropoliteninin mətbuat xidmətindən məlumat verilib.

Bu hissədə qatarların hərəkətinin dayandırılmasının səbəbi kimi isə gərginliyin olmaması göstərilib.

Qeyd edək ki, daha əvvəl "Vıxino" yerüstü stansiyasında yanğın baş verib. Nəticədə təxminən 100 kvadrat metr ərazi yanıb. Heç kim xəsarət almasa da, stansiyanın inzibati ofisində elektrik kabeli yanıb.

Sərnişinlər üçün pulsuz avtobuslar istifadəyə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi