Moskva məhkəməsi "Şakro Molodoy" və "İtalyan" ləqəbli "qanuni oğru"lara ağır cəza verib

Moskva məhkəməsi "Şakro Molodoy" və "İtalyan" ləqəbli "qanuni oğru"lara ağır cəza verib Bakı. 29 mart. REPORT.AZ/ Rusiya paytaxtı Moskvanın Nikulinsk Məhkəməsində qanuni oğrular Zaxari Kalaşov (Şakro Molodoy) və onun ən yaxın silahdaşı sayılan Andrey Koçuykova (ləqəbi İtalyan) hökm oxunub.
Region
29 Mart , 2018 16:39
Moskva məhkəməsi Şakro Molodoy və İtalyan ləqəbli qanuni oğrulara ağır cəza verib

Bakı. 29 mart. REPORT.AZ/ Rusiya paytaxtı Moskvanın Nikulinsk Məhkəməsində "qanuni oğru"lar Zaxari Kalaşov ("Şakro Molodoy") və onun ən yaxın silahdaşı sayılan Andrey Koçuykova (ləqəbi "İtalyan") hökm oxunub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Şakro Molodoy" 9 il 9 ay azadlıqdan məhrum edilib. 

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. "İtalyan"a isə 8 il 9 ay həbs cəzası verilib. Hər iki şəxs başqasının əmlakını zorla ələ keçirməkdə ittiham olunublar. 

Onlarla birlikdə mühakimə olunan 9 nəfər isə 7 il 4 aydan 9 il 4 ayadək azadlıqdan məhrum ediliblər. Onlardan heç biri məhkəmədə özlərini günahkar saymayıblar.

Məhkəmənin təqsirləndirilən şəxslərə verdiyi cəza prokurorun istədiyindən bir qədər az olub.

Qeyd edək ki, iş üzrə zərərçəkənlər kimi "Elements" restoranının direktoru Janna Kim və sahibkar Lev Qaramov tanınıb.

Son xəbərlər

Orphus sistemi