​Moskva hökuməti müsəlmanların mitinq keçirməsinə icazə verməyib

​Moskva hökuməti müsəlmanların mitinq keçirməsinə icazə verməyib Aleksey Mayorov: "Moskvadakı diaspora və dini təşkilatlar belə bir tədbir keçirmək niyyətində olmadıqlarını bildirdi"
Region
17 Yanvar , 2015 16:38
​Moskva hökuməti müsəlmanların mitinq keçirməsinə icazə verməyib

Bakı. 17 yanvar. REPORT.AZ/ Moskva hökuməti müsəlmanların dini hisslərini təhqir edən materialın dərcinə etiraz mitinqi keçirilməsi ilə bağlı müraciətə rədd cavabı verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskvanın Regional Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Aleksey Mayorov bildirib.

Onun sözlərinə görə, Moskva hökumətinə yüz min nəfərlik mitinqin keçirilməsi ilə bağlı ərizə daxil olub: "Mitinqin təşkilatçılarını, onları dəstəkləməyə hazır olan qüvvələri araşdırdıq. Araşdırma nəticəsində tədbirin əsas təşkilatçılarının Mahaçqala sakinləri - Abakarov və Mirzəyevin olduğunu müəyyənləşdirdik. Onlar Moskvada yoxdurlar. Moskvadakı diaspora və dini təşkilatlar belə bir tədbir keçirmək niyyətində olmadıqlarını bildirdi".

O, deyib ki, həmin vətəndaşların Moskvada belə bir tədbiri keçirməkdə məqsədlərinin aydınlaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırıblar.

Bir müddət öncə yanvarın 19-da Çeçenistan paytaxtında mitinqin keçiriləcəyi ilə bağlı xəbər yayılmışdı. Məlumata görə, orada beş yüz minə yaxın insanın iştirakı gözlənilir.

Xatırladaq ki, aksiya Fransada çıxan jurnalda Məhəmməd peyğəmbərin karikaturasının çapına etiraz olaraq keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi