​Moskva hava limanlarında vəziyyət mürəkkəb olaraq qalmaqdadır

​Moskva hava limanlarında vəziyyət mürəkkəb olaraq qalmaqdadır Əvvəlki kimi onlarla reys pis hava şəraiti səbəbindən təxirə salınıb
Region
13 Yanvar , 2016 02:47
​Moskva hava limanlarında vəziyyət mürəkkəb olaraq qalmaqdadır

Bakı. 13 yanvar. REPORT.AZ/ Moskva aeroportlarında qar və çovğun səbəbindən aviareyslərin yerinə yetirilməsi ilə bağlı yaranan vəziyyət mürəkkəb olaraq qalmaqdadır.

"Report" TASS-a istinadən xəbər verir ki, təxirə salınan reyslərin sayı əhəmiyyətli dərəcədə azalsa da, gecikən uçuşların sayı azalmaq bilmir.

Moskva vaxtı ilə 00:30-a olan vəziyyətə görə, hava limanlarının onlayn tablolarında onlarla reysin təxirə salındığı, lakin əvvəllər gecikən reyslərin çoxunun artıq yerinə yetirildiyi qeyd olunub.

Hazırda "Domodedovo"da üç reys gecikir, 9 reys təxirə salınıb, "Şeremetyevo"da 20 reys gecikmə ilə uçuş və eniş edəcək, "Vnukovo"da isə 4 reys uçuş və enişə gecikir, bir reys ləğv olunub.

"Domodedovo"da aerodrom ərazisinin qardan təmizlənməsinə 50 ədəd xüsusi texnika cəlb olunub. "Vnukovo" və "Şeremetyevo"da da vəziyyət demək olar ki, kritikdir.

Son xəbərlər

Orphus sistemi