Bakı. 14 iyul. REPORT/ Moskvanın hava limanlarında 30-a yaxın uçuş reysi təxirə salınıb.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, reyslərin təxirə salınmasına səbəb əlverişsiz hava şəraitidir. İnfromasiyaya əsasən, Rusiya paytaxtında saniyədə 18 metr sürətlə külək əsir, tufan qopub, yağış yağır. Belə hava şəraitinin səhərədək davam edəcəyi proqnozlaşdırılır.