Moskva ətrafındakı rayonlardan birində mənzildə partlayış olub, iki nəfər xəsarət alıb

Moskva ətrafındakı rayonlardan birində mənzildə partlayış olub, iki nəfər xəsarət alıb Binanın partlayış baş verən hissəsindən 5-i uşaq olmaqla 25 sakin təxliyyə edilib
Region
23 Fevral , 2017 11:15
Moskva ətrafındakı rayonlardan birində mənzildə partlayış olub, iki nəfər xəsarət alıb

Bakı. 23 fevral. REPORT.AZ/ Moskva ətrafındakı Domodedovo rayonunda mənzildə qaz sızması nəticəsində partlayış olub.  

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə 2 nəfər xəsarət alıb.

İnformasiyaya əsasən, hadisə binanın ikinci mərtəbəsindəki mənzildə baş verib. Binanın partlayış baş verən hissəsindən 5-i uşaq olmaqla 25 sakin təxliyyə edilib.

Partlayış nəticəsində əmələ gələn yanğın söndürülüb. İlkin məlumata əsasən, binaya ziyan dəyməyib. 

Son xəbərlər

Orphus sistemi