Moskva ətrafında terror törətməyi planlaşdırmaqda şübhəli bilinən iki nəfər tutulub

Moskva ətrafında terror törətməyi planlaşdırmaqda şübhəli bilinən iki nəfər tutulub Onlar Suriyadakı başçılarından terror törətmək əmrini gözləyirmiş
Region
31 İyul , 2017 15:06
Moskva ətrafında terror törətməyi planlaşdırmaqda şübhəli bilinən iki nəfər tutulub

Bakı. 31 iyul. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva vilayətində terror törətməyi planlaşdırmaqda şübhəli bilinən terrorçu İŞİD qruplaşmasının iki kişi tərəfdarını tutublar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin Vladimir vilayəti üzrə idarəsindən bildirilib.

Onlar Suriyadakı başçılarından terror törətmək əmrini gözləyirmiş.

Şübhəlilər Vladimir vilayəti ərazisində yaşayıblar.

Onların Mərkəzi Asiya bölgəsindən olması dəqiqləşdirilir. 

Son xəbərlər

Orphus sistemi