​Moskva Bankı Telman İsmayılovun iflasa uğraması faktının tanınması barədə iddia qaldırıb

​Moskva Bankı Telman İsmayılovun iflasa uğraması faktının tanınması barədə iddia qaldırıb Oktyabrın 1-nə İsmayılovun cərimə və vaxtı keçmiş faizlərlə bir yerdə zamin kimi ümumi borcunun məbləği 286,4 mln. ABŞ dollarıdır
Region
5 Oktyabr , 2015 14:47
​Moskva Bankı Telman İsmayılovun iflasa uğraması faktının tanınması barədə iddia qaldırıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Moskva Bankı "Çerkizovski" bazarının sabiq sahibi, ACT şirkətlər qrupunun təsisçisi Telman İsmayılovun müflis olması faktının ilə bağlı arbitraj məhkəməsində iddia qaldırıb. 

"Report" "Kommersant"a istinadən xəbər verir ki, Moskva Arbitraj Məhkəməsində oktyabrın 1-də qaldırılan iddia ərizəsində bildirilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevral ayına qədər Bank "Rusline 2000" ("Руслайн 2000") və Hollandiyanın "Tropicano Finance B.V." şirkətlərinə ümumilikdə 230 mln. dollar məbləğində üç kredit ayırıb. Bankın məlumatına görə, hər iki şirkət ACT ilə bağlı olub və kredit müqaviləsində benefisiar kimi çıxış edən Telman İsmayılov kreditin vaxtında ödənilməsinə görə şəxsi zəmanət verib.

T.İsmayılovun oktyabrın 1-nə, o cümlədən, cərimə və vaxtı keçmiş faizlərlə bir yerdə, zamin kimi ümumi borcunun məbləği 286,4 mln. ABŞ dolları təşkil edir.

Moskva Bankı T.İsmayılovun "uzun müddət maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə" iflasa uğramış sahibkar hesab edilməsi ilə bağlı iddia qaldırıb. Moskva Bankının daxil olduğu VTB qrupunun mətbuat xidməti iddianın qaldırılması faktını təsdiqləyib. 

İş adamı özü isə hələlik məsələ ilə bağlı heç bir şərh verməyib.

Son xəbərlər

Orphus sistemi