Yuxarı

Moskva Arbitraj Məhkəməsində Telman İsmayılovun oğlunun müflis olması barədə iddia qaldırılıb

İddiaya baxılacağı tarix müəyyən edilməyib

Bakı. 11 yanvar. REPORT.AZ/ "BMV Bank" MMC iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis olması barədə Moskva Arbitraj Məhkəməsinə ərizə ilə müraciət edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə məhkəmə materiallarında bildirilib.

Ərizə üzrə iddiaya baxılacağı hələ tarix müəyyən edilməyib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Rusiya paytaxtının Arbitraj Məhkəməsi "BM Bank"ın (əvvəlki adı "Bank Moskva" - red.) "KBF AST" MMC-nin (Telman İsmayılovun AST Şirkətlər Qrupuna daxildir - red.) "AST Trans Market" MMC ilə birləşmə şəklində olan yenidən təşkilatlanmasının həqiqi olmaması barədə iddiasını rədd edib. Ələkbər İsmayılov "KBF AST" şirkətinin təsisçilərindən biridir.

Bundan əlavə, bank iddiada "AST Trans Market" MMC-ni "KBF AST" MMC-nin yenidən təşkilatlanması nəticəsində əldə etdiyi əmlakın qaytarılmasını istəyib. Sadəcə, məhkəmə materiallarında konkret hansı əmlakdan söhbər getdiyi barədə məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi